Kəlbəcərdən köçən ermənilər evlərə od vurur -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdən köçən ermənilər evlərə od vurur - Fotolar

Siyasət

13 Noyabr 2020 10:43 2637


“Bu gün Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.

Yenisabah.az xəbər verir ki, bunu BBC-nin müxbiri Vill Vernon tvitterdə yazıb.

Kəlbəcərdən ermənilərin köçü ilə bağlı “Sputnik Armenia” da material yayımlayıb. pizza

"Sputnik Armenia"nın çəkiliş qrupunun məlumatına görə, Kəlbəcəri tərk edən ermənilər sözün həqiqi mənasında evləri, dükanları, elektrik yarımstansiyaları söküb dağıdırlar.

Ermənilər çoxlu sayda mikroavtobus və yük maşınlarında daşına bilən hər şeyi – ev əşyalarını, mebelləri, heyvanları aparırlar.

“Sputnik Armenia”nın da əməkdaşları ermənilərin yaşadıqları evlərə od vurduqlarını qeyd ediblər.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu noyabrın 15-də Azərbaycanın nəzarəti altına qaytarmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!