Kənan MM nazirliyə getdi, onu qəbul etmədilər - GƏRGİNLİK

saytların hazırlanması

Evə çatdırılma

Kənan MM nazirliyə getdi, onu qəbul etmədilər - GƏRGİNLİK

Mədəniyyət

16 Dekabr 2023 11:13 5165


Mədəniyyət Nazirliyinin rəhbərliyi tanınmış rejissor, aktyor Kənan MM-i (Mahmudov) qəbul etməyib.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, ötən gün nazirliyə gedən rejissor qəbula düşə bilməyib.

Bir müddət nazirlik binasında gözlədilən Kənan Mahmudov daha sonra əsəbiləşərək oranı tərk edib.  Marqarita pizza

Onun film çəkilişi ilə bağlı nazirin qəbuluna düşmək istədiyi qeyd olunur. 

Xatırladaq ki, Kənan MM bir neçə ay öncə sosial şəbəkə hesabında mədəniyyət nazirinə müraciət edərək belə yazmışdı:

“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!