Kənan MM “Tiktok”dan görün nə qədər qazanıb - İlk dəfə açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kənan MM “Tiktok”dan görün nə qədər qazanıb - İlk dəfə açıqladı

Şou

02 Fevral 2024 17:54 46563


Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) “Tiktok” platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, “Künc-bucaq” layihəsinin qonağı olan sənətçi bir il ərzində “Tiktok”dan 108 min manat gəlir əldə etdiyini deyib: 

“Bir gün mənə vergidən məktub gəldi ki, vergi borcun var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki. Sənin “TikTok”a görə vergi borcun var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. “TikTok”da gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə “Tiktok”da 108 min manat mənə pul gəlib”.  Sezar pizza

O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib:

 “Sual versəniz ki, o pul hanı? Yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də mən “Tiktok”a qazanc yeri kimi baxmıram. Ordan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz. 

Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, burdan gəlirdi, ordan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə kişi yalan danışmaz. 

Vergi borcunun nə qədər olduğu isə deməyəcəyəm, bu dövlət sirridir. Amma borcu ödədim”. 

 Əsmətxanım 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcin
    Pulu başa düşdük yemiyibsen bəlkədə. Ama oda nağıldı. Yaxşı halal haram bilen milleti gencliyi niye zeherliyir?? Sen pulu yemiyib mebleğı deyirsən ki ay millet pul tik tokdadı. Girin abrınızı heyanızı unudun pul qazanın. Senin kimilerin hesabına tebliğ olunur milleti zəhərləmək
    2 years ago
  • Руфи
    Salam .
    2 years ago
  • Kənan
    Fərqi nedi ay məllim sən yememisen o haramı pulu başqasına yedirtmisen
    2 years ago
  • Elxan
    Al ömür versin gözəl insan
    2 years ago