Kənd mağazalarını qarət edənlər yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Kənd mağazalarını qarət edənlər yaxalandı

Kriminal

19 Mart 2022 11:21 307


Şəkidə narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadlıa xəbər verir ki, Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 min manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanmasında şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb.

Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. pizza mizza

Saxlanılan şəxslər əməllərini etiraf ediblər və hadisələri narkotik vasitənin təsiri altında törətdiklərini bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!