Kənd yumurtasının qiyməti niyə artdı? - Video

saytların hazırlanması

Evə çatdırılma

Kənd yumurtasının qiyməti niyə artdı? - Video

Sosial

02 Dekabr 2024 20:54 1087


Son günlər kənd yumurtasının qiymətində artım müşahidə olunur.

Satıcılar kəndlərdən bazara yumurta gətirənlərin azaldığını, alıcılar isə qıtlıq yarandığını bildirirlər. Qubanın Mirzəqışlaq kəndində də sakinlər əvvəlki illərlə müqayisədə quşçuluq təsərrüfatının zəiflədiyini qeyd edirlər.

"Yumurtanın qiyməti 50-60 qəpik arasında dəyişir. Səbəb də yemin baha olması, tez-tez dərman vermək ehtiyacı ilə əlaqədardır. Son illərdə toyuqlar arasında xəstəlik çox yayılıb", - kənd sakini Yeganə Paşayeva deyib. Marqarita pizza

"Toyuqların yumurtlaması üçün onlara vitaminli yemlər vermək lazımdır. Mən toyuq saxlamaqdan imtina etmişəm. Alıcılar da imtina edirlər ki, bu qiymətə yumurta olar?!", - başqa bir sakin deyib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!