Kəngərlidə rayonunda tikinti uçub, iki usta ciddi xəsarət edib.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.
Tikilinin uçması nəticəsində Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu və Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu dağıntının altında qalıblar. Qəsəbə sakinlərinin köməkliyi ilə zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız