““Kəpəz” və “Turan Tovuz” çempionata rəng qatacaq” - Rəşad Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

““Kəpəz” və “Turan Tovuz” çempionata rəng qatacaq” - Rəşad Sadıqov

İdman

08 May 2022 23:52 392


"Bu dəyişikliyi, say artımını çoxdan gözləyirdim".

Yenisabah.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov I Divizion təmsilçiləri "Kəpəz" və "Turan Tovuz"a Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilməsi barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu qərarın ölkə futboluna böyük faydası olacaq: "Sevindirici haldır ki, bu, baş verdi. Əvvəllər milli komandanın 40-50 faizini Tovuz, Gəncə, Qazax və Şəmkirdən çıxan futbolçular təşkil edirdi. Bu gün yığmada nadir hallarda bölgələrdən oyunçu görürsən. pizza

Amma hər şey birdən-birə dəyişməyəcək. Vaxt lazımdır. Bunda bölgələrdəki infrastrukturun vəziyyəti də vacib rol oynayacaq. Premyer Liqamız müəyyən səviyyəyə çatıb. Bura gələn komandalar şərtlərlə ayaqlaşmalıdır. Hər iki bölgədə əzmkar komanda formalaşa bilər. Çempionatımıza rəng qatacaqlar".Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!