“Kəpəz”də yeni baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz”də yeni baş məşqçi

İdman

23 İyul 2019 14:56 1394


"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.

“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdə komandanı Yaşar Vahabzadə çalışdıracaq. Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov isə onun köməkçiləri təyin olunub.

Artıq Gəncəyə yollanan Yaşar Vahabzadə köməkçiləri ilə birlikdə klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 12 oyunçu qatılıb. Sezar pizza

Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. AFFA tərəfindən tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.

Xatırladaq ki, Yaşar Vahabzadə bundan öncə də "Kəpəz"də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə 2017/18 mövsümündə əsas komandanın məşqçilər korpusunda yer alıb. AFFA Məşqçilər Komitəsinin üzvü olan 59 yaşlı çalışdırıcının rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!