Kərə yağının inanılmaz faydaları

saytların hazırlanması

Evə çatdırılma

Kərə yağının inanılmaz faydaları

Sağlamlıq

24 Fevral 2024 11:22 5922


Keyfiyyətli inək südündən hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki vitaminlər (A,E,D,B qrup) saçın, dişlərin, sümük sisteminin, dərinin inkişafında, bəzi xəstəliklərin qarşısının alınmasında xüsusi rol oynayır.

Yenisabah.az kərə yağının faydalarını təqdim edir:

Alimlər aşkar ediblər ki, əridilmiş kərə yağı immun sisteminə də çox müsbət təsir göstərir, onun fəaliyyətini aktivləşdirir. Toyuqlu pizza

Bu yağ özəl xüsusiyyəti ilə oynaqların "əhəngləşməsinə” (daşlaşmasına), arteriyaların, bağırsaqların bərkiməsinə mane olur.

Eləcə də, xalis kərə yağı E və K vitaminləri ilə zəngindir.

 Yağın tərkibindəki D vitamini kalsiumun sorulmasında əvəzsizdir.

Kərə yağı uşaq beyninin və sinir sisteminin sağlam inkişafı üçün vacibdir.

Elmi araşdırmlar sübut edib ki, xərçəngin əsas səbəbi iltihabdır. Əridilmiş kərə yağı orqanizmin toxumalarını möhkəmləndirmək və iltihabı azaltmaq xüsusiyyətlərə malikdir.

Kərə yağının tərkibində müəyyən miqdarda xolesterin də var. Lakin xolesterin heç də insan orqanizminin "düşməni" deyil, əksinə, xolesterin insan orqanizminin bir çox sistemlərinin normal fəaliyyəti üçün çox vacibdir.

Xolesterin cinsi hormonların yaradılması üçün əsas materiallardan biri sayılır.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!