İran kəşfiyyatı (“Ettelaat”) Nətənz uran zənginləşdirmə mərkəzində qəza törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayımlayıb.
Yenisabah.az “IRIB”ə istinadla xəbər verir ki, bu, həmin mərkəzdə çalışmış Rza Kərimidir. Məlumata görə, kiberhücumla törədilən hadisədən əvvəl Kərimi xaricə qaçıb və ya qaçırılıb.
İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi qəzanı terror aktı kimi dəyərləndirib və bu əməliyyatda İsraili ittiham edib. pizza mizza
İsrail mediası da Nətənz əməliyyatında “Mossad”ın barmağı olduğunu iddia edib.
Telegram kanalımız