“Keşikçi dağdakı öyrədilmiş gürcülər kimi əl-ələ tutaraq dayansaq..” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Keşikçi dağdakı öyrədilmiş gürcülər kimi əl-ələ tutaraq dayansaq..” - Deputat

Siyasət

08 May 2019 11:41 1212


“Azərbaycan Güney Qafqazın sözün hər anlamında ən böyük dövlətidir. Üstəlik də bu ölkənin başındaxaricdəki hansısa qüvvələrə bağlı, kimlərinsə qarşısında öhdəlik götürmüş biri deyil, əsl lider, əsl dövlət adamı durur. Ona görə də Gürcüstandakı bəlli çevrələrin Keşikçi dağdakı təxribatlarına dövlətimizin yanaşması emosional deyil və olmamalıdır”.

“Yeni Sabah”ın məlumatına görə, bunu deputat Sahib Alıyev deyib. 

“Azərbaycanın emosiyadan uzaq, təmkinli davranışı bir daha vurğlayıram böyüklüyümüzə, gücümüzə və beynəlxalq normaların bizim tərəfimizdə olmasına dayanır. Amma bu təmkinliyin arxasında bir qətiyyət də var və bunu Gürcüstandakılar da bilməmiş deyillər. Onlar bunu da bilməmiş deyillər ki, sərhəd məsələsi həmən ölkənin daxili işlər nazirinin söylədiyi kimi keşişlərin istəyinə uyğun yox, beynəlxalq normalara dayanılaraq həll edilir”- deyə S.Alıyev qeyd edib. pizza mizza

Deputat vurğulayıb ki, sərhəddi dəyişməyə qalxanlar tarixi yada salmalıdırlar:

“Yeri gəlmişkən, burada bir faktı xatırlatmaq istərdim. Bidzina İvanişvili təzə hakimiyyətə gələndə Bakı-Qars dəmir yolu, eyni zamanda neft və qazın tranzitiylə bağlı müəyyən iradlar səsləndirirdi. 2012-ci ilin 26 dekabrında Bakıya rəsmi səfərdən sonra isə bildirdi ki, o siyasətçi olaraq elə də təcrübəli biri deyil və bir də həmən məsələlərin üzərinə qayıtmadı.

İndi deməyim odur ki, bir yerin ətrafında əl-ələ tutub durmaqla oranı özününküləşdirəcəklərini düşünənlər yanılırlar, həm də çox. Bu yolla sərhəddi dəyişməyə qalxanlar tarixi yada salmalıdırlar və onu da unutmamalıdırlar ki, azərbaycanlılar da Keşikçi dağdakı öyrədilmiş gürcülər kimi əl-ələ tutaraq dayansalar, onda bizim sayımız bir dağı yox, bütün Güney Qafqazı dövrələməyə yetər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!