“Keşlə“ klubunun adı dəyişdirildi - “Şamaxı“

saytların hazırlanması

Evə çatdırılma

“Keşlə“ klubunun adı dəyişdirildi - “Şamaxı“

İdman

10 Noyabr 2021 12:12 1458


"Keşlə" klubunun adı dəyişdirilib.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" Futbol Klubu arasında müzakirə aparılıb.

Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib. pizza sifarişi

2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!