“Keşlə” Türkiyəyə yollanır – Rəqiblər bəllidir

saytların hazırlanması

Evə çatdırılma

“Keşlə” Türkiyəyə yollanır – Rəqiblər bəllidir

İdman

25 İyul 2019 10:07 1195


Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan “Keşlə” Türkiyəyə yollanacaq. 

“Yeni Sabah” xəbər verir ki, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək.

Toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdıran “qırmızı-ağlar” iyulun 31-də Türkiyənin 1 liqa təmsilçisi Osmanlı Spor Futbol Klubu ilə qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq. Marqarita pizza

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər barədə və oyunların başlanma saatları haqqında əlavə məlumat verilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!