“Keşlə”nin 600-cü oyunu

saytların hazırlanması

Evə çatdırılma

“Keşlə”nin 600-cü oyunu

İdman

18 Oktyabr 2021 10:59 864


“Keşlə” Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib. 

Yenisabah.az PFL-na istinadən xəbər verir ki, yubiley Premyer Liqanın 7-ci turuna təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. pizza

Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.

“Keşlə” çempionatdakı oyun sayında 3-cü komandadır.

Yalnız “Qarabağ”la “Neftçi” daha çox (hər ikisi 832) matça çıxıb.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!