“İyulun 30-da keçirilən Ruben Rubinyan-Serdar Kılıç görüşündə Türkiyə rusların sərhəddən getməsini tələb edib”.
Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyayönlü erməni bloger Mikayıl Bədəlyan deyib.
O bildirib ki, görüş zamanı erməni tərəfi rusların avqustun 1-dən Zvartnots hava limanında çıxarılacağından qürurla danışıb. Lakin bu, Türkiyəni qane etməyib və onlar rusların sərhəddən də çəkilməsini tələb ediblər: pizza mizza
“Rubinyan daha sonra etiraza cəhd edib. O demək istəyib ki, Ermənistan hazırda bunu etmək üçün resursa sahib deyil, amma Kılıç fikrinə sadiq qalıb. Sərdar Kılıç həmçinin açıq şəkildə bildirib ki, bu tələblərə rəğmən münasibətlərin normallaşması Azərbaycanla münasibətlərdən asılı olacaq”.
Bədəlyan iddia edib ki, Ukraynadakı savaşa görə Türkiyə ilə Rusiya arasında proksi müharibənin başlaya bilər.
Telegram kanalımız