Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.
Yenisabah.az xəbər verir ki, kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, "CinemaPlus" və Park Cinema-ın mətbuat katibləri cavablandırıb.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarımızda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq olacaq. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar: pizza mizza
"Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə isə, foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil.
Bildiyiniz kimi bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də, kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki, ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda mütləq şəkildə COVİD passportlar yoxlanılacaq.
"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev bildirib ki, uzun fasilədən sonra kinoteatrlar fəaliyyətin bərpa edir: "Vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır. Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Biletlərin qiyməti barədə cədvəli bu gün ya sabah saytımızda yerləşdirəcəyik. / Trend
Telegram kanalımız