“Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdı” - Əlikram Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdı” - Əlikram Bayramov

Şou

09 Aprel 2022 21:25 1354


Müğənni Əlikram Bayramovun toyda başına iş gəlib.

Yenisabah.az xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında danışıb.

Zaur Kamal Əlikrama "Toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan" deyildiyini xatırladıb. Dominos pizza

Müğənni isə belə cavab verib:

"Deyib, efirdə nəsə olanda danışırıq, deyirəm, xanım baxır, olmaz. Yəqin ondan eşidib. Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir. Demirəm ki, qab yu. Uşağa baxmaqda kömək et".  

Əlikram qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!