Kişi ginekoloq həbs edildi - 20 il ərzində…

saytların hazırlanması

Evə çatdırılma

Kişi ginekoloq həbs edildi - 20 il ərzində…

Dünya

01 Dekabr 2024 18:29 1213


20 il ərzində qəbul etdiyi pasiyentlərinə qarşı seksual hərəkətlər edən və onları videoya çəkən həkim ginekoloq həbs edilib.

Yenisabah.az medicina.az-a istinadla xəbər verir ki, Norveç polisi 55 yaşlı ginekoloq Arne Bayaya ittiham irəli sürüb. Ondan 94 qadın şikayətçidir. Bu hadisə ölkə tarixində səhiyyə və seksualizm mövzusunda ən qalmaqallı məhkəmə işidir.

Şikayətçilər içində ən yaşlı qadının 63 yaşı var, hansı ki, həkimin 10 il öncə pasiyenti olub. Ən gəncin isə 15 yaşı var. pizza

Tədqiqata 6000 saatlıq videomaterial təqdim olunub. Belə ki, həkim pasiyentə demədən onların ginekoloji müayinəsini açıq şəkildə bir neçə rakursdan kameraya çəkib.

Arne Bay Norveçin kiçik şəhərciyi olan Frostedə işləyib, orda əhali az olduğundan bütün qadınlara bir həkim düşüb

Həkimin qurbanlarından biri həkimin onun bədəninin digər hissələrinə toxunduğunu, müayinənin çox uzun çəkdiyini və ağrılı olduğunu bildirib.

Ginekoloqun 21 il cəza alacağı təxmin edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!