Kişilər niyə başqa qadınlara baxır?

saytların hazırlanması

Evə çatdırılma

Kişilər niyə başqa qadınlara baxır?

Sosial

11 Mart 2019 01:40 2025


Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.

"Daily Telegraph" qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. 

Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir. pizza sifarişi

Araşdırmada kişi və qadın könüllülərə müxtəlif üzlər göstərilib və nə dərəcədə cazibədar hesab etdikləri soruşulub. Sonra isə əvvəldə göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir daha qiymətləndirmələri istənib. 

Kişi könüllülər sonradan əlavə olunan qadın üzlərini birinci verilənlərə nisbətən daha cəlbedici sayıblar. Araşdırmada həmçinin könüllülərdən şəkildə gördükləri üzlərin həyat yoldaşlarının üzlərinə nə qədər bənzədikləri soruşulub. Kişilər arvadlarına ən az oxşayan üzləri ən cazibədar üzlər kimi qiymətləndiriblər./atv.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!