Kişini mesajları ilə şantaj edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Kişini mesajları ilə şantaj edən şəxs saxlanıldı

Kriminal

11 Mart 2022 10:28 570


Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub. pizza hut

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri - K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!