KİV: İranda etiraz aksiyasında bir nəfər güllələnib, 14 polis əməkdaşı yaralandı

saytların hazırlanması

Evə çatdırılma

KİV: İranda etiraz aksiyasında bir nəfər güllələnib, 14 polis əməkdaşı yaralandı

Hadisə

21 İyul 2021 21:25 1067


İranın Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib.

Yenisabah.az xəbər verir ki, etiraz aksiyası içməli su çatışmazlığı ilə bağlı keçirilib.

Aksiyanın dağıdılması zamanı polis əməkdaşlarının açdığı atəş nəticəsində bir nəfər yaralanıb. O, xəstəxanada dünyasını dəyişib. pizza hut

Daha 14 polis əməkdaşının yaralandığı bildirilib. onların bəziləri xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət aksiyalarda daha üç nəfərin öldüyü barədə yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb.

Su probleminin daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!