Kloppa butulka atdılar - VAR-a baxışdan sonra

saytların hazırlanması

Evə çatdırılma

Kloppa butulka atdılar - VAR-a baxışdan sonra

İdman

04 Sentyabr 2022 10:46 963


Ötən gün Premyer Liqanın 6-cı turunda keçirilən "Everton" - "Liverpul" matçında (0:0) qalmaqal yaşanıb. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, bu, görüşün 71-ci dəqiqəsində "Everton"dan Konor Koadinin vurduğu qolun VAR-a baxılaraq ləğv edilməsindən sonra baş verib.

Həmin vaxt ev sahibi komandanın 2 azarkeşi əsəbiləşərək "Liverpul"un baş məşqçisi Yurgen Kloppun üzünə butulka atıb. Lakin butulkalar Kloppun yanından keçib. Daha sonra isə bir azarkeş meydana daxil olub.  Pepperoni pizza

"Everton" həmin azarkeşləri müəyyənləşdirib, onları qeyri-müəyyən müddətə komandanın oyunlarından kənarlaşdıracaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!