KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ - Video

saytların hazırlanması

Evə çatdırılma

KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ - Video

Sosial

10 Aprel 2020 14:39 710


Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüslərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rahat” supermarketlər şəbəkəsi də qoşulub. 

#Evdəqal kampaniyası çərçivəsində KOBİA və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşəbbüsü ilə Bakı şəhərində yaşayan 200 aztəminatlı ailəyə gündəlik istehlak mallarının təqdim edilməsinə başlanılıb.

Birdəfəlik ərzaq yardımları ailələrə KOBİA-nın əməkdaşları və “KOB könüllüləri” tərəfindən təqdim olunub. Dördpendirli pizza

“KOB könüllüləri”, həmçinin, vətəndaşları koronavirus infeksiyası ilə bağlı dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Sahibkarların mövcud şəraitdə aztəminatlı ailələrə və tənha ahıl insanlara göstərdiyi dəstək biznes nümayəndələrinin sosial məsuliyyətindən irəli gəlməklə yanaşı, həm də milli həmrəyliyə və xeyriyyəçilik ənənələrinə gözəl nümunədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!