Kök olduğu üçün işdən çıxarıldığı deyilən rəis yeni vəzifədə

saytların hazırlanması

Evə çatdırılma

Kök olduğu üçün işdən çıxarıldığı deyilən rəis yeni vəzifədə

Sosial

13 Mart 2019 13:36 2073


Ötən gün Daxili işlər naziri Ramil Usubovun əmri ilə Ruslan Zeyqəm oğlu Hüseynovun Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat aldığını xəbər vermişdik.

“Yeni Sabah” bildirir ki, R. Hüseynovla bağlı bir neçə gün əvvəl nazirin başqa bir əmri olmuşdu. Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi olan Hüseynov vəzifədən azad edilərək sərəncama götürülmüşdü. Onunla bərabər həmin gün Sumqayıtda Dövlət Yol Polisinin iki əməkdaşı da vəzifədən azad edilmişdi. Yayılan xəbərlərdə bildirilirdi ki, onlar kök olduqları üçün normativləri yerinə yetirə bilməyiblər və buna görə də işdən azad olunmaları haqda qərar verilib.

Onu da qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!