“Komanda mənim səhvimdən sonra daha güclü oynadı“   - Messi

saytların hazırlanması

Evə çatdırılma

“Komanda mənim səhvimdən sonra daha güclü oynadı“ - Messi

İdman

01 Dekabr 2022 10:45 853


Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Polşaya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı hücumçu 35-ci dəqiqədə penaltini düzgün yerinə yetirə bilmədiyi üçün əsəbiləşdiyini deyib: "Amma komanda mənim səhvimdən sonra daha güclü oynadı. Hesab açılan kimi oyunun dəyişəcəyini bilirdik.

Avstraliya ilə matç çətin olacaq. İstənilən komanda hər kəsə qalib gələ bilər, şanslar bərabərdir. Oyuna mümkün qədər yaxşı hazırlaşmalıyıq. Sakit qalmaq və oyundan-oyuna düşünmək lazımdır. Dünya çempionatında yeni mərhələ start götürmək üzrədir. İnanıram ki, qələbələrə davam edəcəyik”. pizza mizza

Qeyd edək ki, Argentina DÇ-2022-nin 1/8 finalında dekabrın 3-ü Avstraliya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!