Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın olub.
Hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Dominos pizza
Hazırda fermerə dəyən ziyan araşdırılır.
Oxu.az
Telegram kanalımız