Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Sosial

03 Aprel 2026 15:18 360


Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi təkmilləşdirilməsi və digər sistemlərin bu məlumatlardan istifadəsinin təmin edilməsi istiqamətində tədbirlər görüləcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması planlaşdırılır.

Bu məqsədlə "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat" ASC və "Azəriqaz" İstehsalat Birliyi tədbirlər planı hazırlayacaq. Planın bu il mayın 15-nə qədər təqdim edilməsi nəzərdə tutulur. Sezar pizza

Bundan əlavə, abonent məlumat bazasında ünvan reyestri məlumatlarının tətbiqi genişləndiriləcək və bu sahədə də mötəbərlilik səviyyəsinin 90%-ə çatdırılması hədəflənir.

Məlumatların dəqiqləşdirilməsi məqsədilə nəzarətçilər yerində mobil qurğular (planşetlər) vasitəsilə FİN, VÖEN və ünvan məlumatlarının toplanılmasını həyata keçirəcək.

Bu tədbirlər kommunal xidmətlər üzrə formalaşdırılan məlumatların dürüstlük səviyyəsini müəyyən edir və məlumatların vahid qaydalar əsasında, rəsmi mənbələrlə uyğun şəkildə formalaşdırılması əsas meyar kimi götürülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!