Kommunal xidmətlərlə bağlı YENİLİK -   Mayın 1-dən qüvvəyə minir

saytların hazırlanması

Evə çatdırılma

Kommunal xidmətlərlə bağlı YENİLİK - Mayın 1-dən qüvvəyə minir

Sosial

29 Aprel 2025 14:02 1861


Mayın 1-dən kommunal xidmətlər üzrə vahid abunəçi kodu mexanizmi yaradılır. Bu o deməkdir ki, kommunal xidmətlər artıq rəqəmsal formada idarə olunacaq. Artıq kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə yol xəritəsi də təsdiqlənib.

Bəs yeniliklər nə vəd edir?

Atıq bir abunəçi kodu ilə bütün kommunal xidmətləri ödəmək mümkün olacaq. Bunun üçün vahid informasiya sistemi yaradılır. Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid formadan əldə etməyə, ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən vacibi isə bu sistem vasitəsi ilə insanlar vahid portal üzərindən elektrik, qaz, su və istilik üzrə borclarını sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.  pizza hut

Qeyd edək ki, gələcəkdə elektrik, su, qaz və digər sayğaclar tam ağıllı sayğaclara çevrilə bilər. Vahid informasiya sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə formasında tətbiq olunacaq. /Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adil
    Mən təklif edərdim, o açılan kodlar sadəcə şəxsiyyət vəsiqəsinin elə Fin kodunu versinlər. Bu daha məqsədə uyqun olardı.
    1 year ago