Kondisioner ustasının ölümü ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Kondisioner ustasının ölümü ilə bağlı cinayət işi başlandı

Kriminal

19 Noyabr 2021 16:42 822


Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Sabunçu Rayon Prokurorluğundan Yenisabah.az-a verilnə məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. pizza

Hazırda iş üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!