Kondisionerin sərinliyi altında yatma risklidir

saytların hazırlanması

Evə çatdırılma

Kondisionerin sərinliyi altında yatma risklidir

Sağlamlıq

17 Avqust 2023 14:35 3064


Yayın nəfəskəsən istisində sərinləməyə çalışarkən sağlamlığınızı itirə bilərsiniz.

Yenisabah.az xəbər verir ki, kondisionerlərdən düzgün istifadə etmədikdə bel, boyun,və əzələ ağrılarınız ola bilər. Hətta infeksiya və allergiyadan tutmuş soyuqdəyməyə kimi ciddi problemlərlə də qarşılaşma ehtimalınız böyükdür.

Mütəxəssislərin fikrincə, yatarkən kondisioneri mütləq söndürmək lazımdır. Çünki uzun müddət eyni yerə yönələn soyuq hava axınının fərqinə varmırıq. Lakin bütün gecə soyuq havaya məruz qalan boyun əzələlərində əmələ gələn spazm səhər boynu hərəkət etdirə bilməməyimizə səbəb olur. Elə buna görə yatarkən kondisioneri ya tamamilə söndürülməli, ya da bütün bədəni örtmək üçün nazik ədyaldan istifadə olunmalıdır. Toyuqlu pizza

Həmçinin, kondisioner tənzimlənməlidir. “Daxili və xarici temperatur çox yaxşı balanslaşdırılmalıdır. Məsələn, çöldə temperatur 40 dərəcədirsə, kondisioner 25 dərəcədə işlədilməlidir”.

Onun sözlərinə görə, miqren tipli baş ağrısından əziyyət çəkənlər üçün kondisioner daha təhlükəlidir. Bu, təkrarlanan boyun spazmanı və miqren ağrılarını daha da artıra bilər.

Gülxanım Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!