Konfrans Liqası: “Araz-Naxçıvan” ilk oyunda dörd cavabsız qolla məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Konfrans Liqası: “Araz-Naxçıvan” ilk oyunda dörd cavabsız qolla məğlub oldu

İdman

07 Avqust 2025 21:59 358


"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0. Sezar pizza

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!