Konstanyan: Moskvaya çoxlu sualımız var

saytların hazırlanması

Evə çatdırılma

Konstanyan: Moskvaya çoxlu sualımız var

Rəsmi

27 Oktyabr 2023 15:15 1128


Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmir. Normal iş prosesi gedir. Tərəfdaşların bir-birinə sualları var, biz onları aydınlaşdırırıq.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Ona Paşinyanın Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasının heç bir üstünlüklərinin olmadığı barədə bəyanatı xatırladılıb və bunun Ermənistanın xarici siyasət vektorunu dəyişmək cəhdlərinə dəlalət etmədiyini soruşublar. XİN nümayəndəsi qısaca dedi: “Xeyr, həmin bəyanat bu mənanı vermir”. pizza mizza

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvan razılaşacağı təqdirdə Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməyə hazır olduğu barədə bəyanatına toxunan Kostanyan vurğulayıb: “Ermənistan razı olsa, təbii ki, bu barədə sizə məlumat veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!