Könüllülər seçiciləri maarifləndirir   - Video

saytların hazırlanması

Evə çatdırılma

Könüllülər seçiciləri maarifləndirir - Video

Siyasət

19 Avqust 2024 17:39 230


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi davam edir. 

Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində könüllülər tərəfindən gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılır. 

Qeyd edək ki, “Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!