Koreyada 3 general istefaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Koreyada 3 general istefaya göndərildi

Dünya

06 Dekabr 2024 13:37 479


Cənubi Koreyanın Müdafiə Nazirliyi hərbi vəziyyətin tətbiqi cəhdində göstərdikləri yardıma görə 3 yüksək vəzifəli hərbçini vəzifələrindən uzaqlaşdırıb.

Yenisabah.az Yonhap-a istinadla xəbər verir ki, onların hər üçü general-leytenantdır: əks-kəşfiyyat komandiri, xüsusi təyinatlıların komandiri və paytaxtın müdafiə komandiri.

Dekabrın 2-də prezident Yun Sok Yol “hökumət əleyhinə fəaliyyətə görə” hərbi vəziyyət elan edib. pizza

Hərbi vəziyyətin tətbiqi həm hakim Xalq Gücü partiyasında, həm də Demokrat Partiyasından olan müxalifətdə anlaşılmazlıq yaradıb və onlar görülən tədbirləri konstitusiyaya zidd adlandırıblar. Nəticədə parlament hərbi vəziyyətin ləğvinə yekdilliklə səs verib. Konstitusiyaya görə, belə hallarda ölkə prezidenti parlamentin sərəncamlarını yerinə yetirməyə borcludur.

Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri hərbi vəziyyətə görə həmvətənlərindən bağışlanmasını istəyib və istefa ərizəsini təqdim edib, Yun Sok Yol dekabrın 5-də bunu qəbul edib.

Demokratik Partiyasının rəhbərlik etdiyi Cənubi Koreya müxalifəti prezidentin hərəkətlərinə cavab olaraq ölkə parlamentinə Yun Sok Yolun impiçment edilməsi təklifini təqdim edib. Səsvermə dekabrın 7-nə təyin edilib. İmpiçment təklifini qəbul etmək üçün hakim partiyadan olan ən azı səkkiz qanunverici tərəfindən dəstəklənən üçdə iki səs çoxluğu tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!