Koreyalıların mükəmməl dəri üçün sirri...

saytların hazırlanması

Evə çatdırılma

Koreyalıların mükəmməl dəri üçün sirri...

Sağlamlıq

26 Avqust 2023 23:50 2796


Gözəl görünmək üçün edilən makiyaj, hormonal nizamsızlıq və günəş şüaları zamanla dəriyə mənfi təsir göstərir. Lakin təbii yolla hamar və parıltılı dəriyə sahib olmaq mümkündür.

Hər zaman gözəl dəriləri ilə diqqət çəkən koreyalı qadınların sirri bəlli olub. Belə ki, onlar düyü ilə ipək kimi dəriyə sahib ola bilirlərmiş.

Yenisabah.az yeməklərdə istifadə etdiyimiz düyünün möcüzəvi sirlərini oxuculara təqdim edir: pizza mizza

- Düyünün tərkibindəki PABA (para-aminobenzoy turşusu) maddəsi ləkələrin əmələ gəlməsinin qarşısını alır.

- Mütəxəssislərə görə, düyü suyundan istifadə günəşin zərərli şüalarından qorunmağın ən təsirli yollarından biridir

- Düyü antioksidantlarla zəngindir

- İltihabı, qaşınmanı və qızartıları azaldır

- Məsamələri daraldır və makiyajdan sonra dərini canlı göstərir

- Dərinin vaxtından əvvəl qocalmasına səbəb olan elastaz birləşməsini azaldır

- Üzdəki rəng bərabərsizliyini düzəldir, təbii tonal görünüş verir

- Dərini yağlandırmadan parlaq görünüş verir

- Düyü suyunun müntəzəm istifadəsi dərini çirklənmədən qoruyur və dermatit kimi dəri xəstəlikləri riskini azaldır

- Həmçinin düyü suyunu üzə çəkmək dərinin elastikliyini artırır

Gülxanım Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!