Koronavirus Afrikanı cənginə ala bilər – Həyəcanlı çağırış

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus Afrikanı cənginə ala bilər – Həyəcanlı çağırış

Sağlamlıq

12 Aprel 2020 08:43 767


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, COVID-19 Afrikanın kənd yerlərində narahatlıq doğuracaq sürətdə artdığı barədə xəbərdarlıq edir və deyir ki, qitənin zəif səhiyyə sistemini gücləndirmək üçün dərhal köməyə ehtiyacı var.

ÜST Afrikada 8300-dən çox yoluxma halını və 400-ə yaxın ölüm halını təsdiqləyib. Bu rəqəm dünyanın baqa hissələrindəki yoluxma vəölüm halları ilə müqayisədə azdır. Son məlumatlara əsasən dünya boyu 1.6 milyon insan koronavirusa yoluxub, 100 mindən çox insan ölüb.

Lakin ÜST-ün baş direktoru Tedros Adhanim Gebreyesus xəbərdarlıq edib ki, Afrika ölkələri səhiyyə sistemlərini gücləndirmək üçün beynəlxalq yardım almadığı təqdirdə orada yoluxma vəölüm hallarının qarşısını almaq çətin olacaq. Dominos pizza

Bu arada isə Tedros deyib ki, belə görünür koronavirus pandemiyasıİspaniya, İtaliya, Almaniya və Fransa kimi Avropada virusa ən çox məruz qalan ölkələrdə yavaşlayır.

Onlar virusun yayılmasının qarşısını almaq üçün özünü-təcrdi və sosial məsafə kimi sərt məhdudiyyətlər tətbiq edən bir sıra ölkələr sırasındadır. Tedros bu tədbirlərin nəticə verdiyini qeyd edir.

Lakin o, bəzi ölkələrin artıq məhdudiyyətləti aradan qaldırmağı planlaşdırmasından narahatdır:

“ÜST də hər kəs qədər məhdudiyyətlərin qaldırılmasını istəyir. Eyni zamanda məhdudiyyətləri çox tez aradan qaldırmaq virusun yenidən ölümcül dərəcədə yayılmasına gətirib çıxara bilər”.

ÜST-ün sədri deyir ki, məhdudiyyətlət aradan qaldırılmadan bir neçə amil nəzərə alınmalıdır. Məsələn, onun sözlərinə görə, ölkələr virusun yayılmasının nəzarət altında olmasını, tibbi xidmətlərin mövcud olmasını, qocalar evi kimi xüsusi məkanlarda yoluxmaların minimuma endirilməsini və virusun idxal olunma riskinin azalmasını təmin etməlidirlər .

Tedros bildirib ki, hər bir insan pandemiyaya son qoyulmasında rol oynanyır. Bu isə o deməkdir ki, hökümətlər addım atmadan öncə icmaların məhdudiyyətlərin qaldırılacağını bildiklərindən və buna hazır olduqlarından əmin olmalıdırlar. /Azpolitika


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!