Koronavirus beyni zədələyib, işini poza bilir - Alimlərdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus beyni zədələyib, işini poza bilir - Alimlərdən açıqlama

Sağlamlıq

15 Aprel 2020 01:25 826


Koronavirusu öyrənən və xəstələri müalicə edən mütəxəssislər artıq yeni virusun insanın sinir sistemi və beyinin funksiyalarına təsir etdiyini bəyan edir.

Yenisabah.az xəbər verir ki, hələ ilk pasiyentləri təhlil edərək, virus infeksiyasının tənəffüs və həzm sisteminə təsiri sübut olunmuşdu. Laki sonradan xəstələr artdıqca bu virusun beyinə mənfi təsiri görüldü.

Həkimlər xəstələrdə sinir sistemi tərəfindən ilk olaraq huşun bulanması, baş, göz ağrılarının olmasını bildirir. Pepperoni pizza

Medicina.az xəbər verir ki, Texas xəstəxanasının neyrocərrahı Çetan Rao bildirir ki, oksigen dəstəyi alan xəstələrdə belə cəmi 5 saatın içində vəziyyət o qədər pisləşmişdi ki, onların huşu itmiş, süni ventilyasiya aparatına qoşulurdular.

Sankt – Peterburq virusoloqları da koronavirusun başda hematoensevalik baryeri aşdığını və baş beyin toxumasına çatdığını bildiriblər. Tədqiqatın nəticəsi göstərib ki, koronavirus da herpes və qrip kimi beyinin bir çox sahələrinin neyronlarının ölməsinə səbəb olur.

Bir çox koronaviruslu xəstələr oldu ki, onlarda ağciyərlər zədələnməmişdi, amma fikrin dağınıqlığı və epileptik qıcolmalar baş vermişdi.

Eləcə də virusa yoluxanların dadbilmə və qoxunun itməsi də virusun beyin toxumasını infeksiyalaşdırdığının göstəricisidir.  /Medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!