Koronavirus insan ömrünü 10 il qısaldır - Alimlərdən daha bir qorxuducu açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus insan ömrünü 10 il qısaldır - Alimlərdən daha bir qorxuducu açıqlama

Sağlamlıq

24 Aprel 2020 12:31 882


Koronavirus insan ömrünü 10 il qısaldır.

Yensabah.az xarici mətbuata istinadən bildirir ki, Şotlandiyanın Edniburq və Qlazqo Universitetlərinin araşdırmaçıları və Şotlandiya Milli Səhiyyə Xidmətinin birgə araşdırması nəticəsində bu qənaətə gəlinib.

“Welcome Open Research” saytında dərc olunmuş ortaq hesabat bildirilir ki, alimlər Ümumdünya Səhiyyə Təşkilatının müxtəlif xəstəliklərə görə insanların itirdikləri illəri hesablayan xüsusi cədvəli etalon olaraq götürüblər. Marqarita pizza

Bundan başqa, İtaliyada koronavirusdan ölüm halları və Böyük Britaniyada gözlənilən orta ömür uzunluğu da statistikaya daxil edilib.

Məlum olub ki, infeksiyaya görə qadınlar ortalama 11 il, kişilər isə 13 il itiriblər.

Alimlərin fikrincə, COVİD-19-dan ölən insanların itirdikləri illərlə, ürəyin işemik xəstəliyi yaxud pnevmoniyadan əziyyət çəkən insanların itirdikləri illər arasında mütənasbilik var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!