Koronavirusa yoluxan insanlar potensial ömürlərindən 10-13 il vaxt itirirlər.
Yenisabah.az xəbər verir ki, belə bir nəticəyə şotland alimlər gəliblər. Qlazqo Universitetinin alimi David MakAllisterin araşdırmalarına görə, koronavirusa yoluxan pasiyentlərin bütün xroniki xəstəlikləri də nəzərə alınarsa, gələcək həyatlarından 10-13 il itirirlər. Bu səbəbdən Covid-19-un təsirlərini ciddiyə almaq lazımdır.
Araşdırmalara görə, koronavirusa yoluxmuş, ancaq heç bir xroniki xəstəliyi olmayanların da orta yaşam müddəti Covid-19 səbəbindən azalır. pizza sifarişi
Cinsiyyətə görə müqayisə olunduqda “itirilən illər” kişilərdə 13, qadınlarda 11-dir.
Qeyd edək ki, MakAllisterin araşdırması hələ ki müstəqil ekspert dəyərləndirməsindən keçməyib. /Qafqazinfo
Telegram kanalımız