“Nə qədər ki, tanıdığımız adamlara toxunmamışdı, çoxumuz koronovirus adlı bu bəlaya mücərrəd, uzaq bir təhlükə kimi baxırdıq. Amma yoluxanların sayı artdıqca, xəstəlik, ölüm halları çoxaldıqca bu faciəni hər kəs öz yanında, canında hiss etməyə başlayır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri “525-ci qəzet”in baş redaktoru, Əməkdar Jurnalist Rəşad Məcid deyib. Qeyd edib ki, son günlər pandemiyadan həyatını itirənlərin içərisində tanıdığı insanların da olmasını gördükcə bu qorxunc təhlükənin hamı üçün nə qədər yaxın olduğunu, sanki şikarını güdən ovçu kimi marıqda, pusquda durduğunu bir daha dərk eləyib:
“Bu ağır xəstəlikdən həyatını itirənlərin hər birinə Allahdan rəhmət diləyir , yaxınlarına səbir arzulayıram. Nə qədər çətin olsa da, özümüzü, yaxınlarımızı, insanlarımızı qorumaq istəyiriksə, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Operativ Qərargahın qərarlarını anlayışla qarşılamalı, məsələnin ciddiliyini dərk etməliyik. Məhdudiyyətlərə əməl etməyin hər birimiz üçün həyati vacibliyini başa düşməli, özümüzü, ailəmizi, hamımızı qorumaq, bu bəladan qurtulmaq naminə qoyulan qadağaların zəruriliyini anlamalıyıq”. pizza hut
Telegram kanalımız