Koronavirusla mübarizədə dünya təcrübəsi göstərir ki, ağır simptomları olmayan və ya xəstəliyi yüngül şəkildə keçirən COVID-19-a yoluxmuş xəstələr klinik şəraitdə müalicəyə ehtiyac duymur.
Ümumdünya Səhiyyə Təşkilatının və Avropa İttifaqının tibb qurumlarının məlumatına görə, COVID-19-a yoluxmuş insanların 80 faizi xüsusi müalicə almadan sağalıblar. Bu cür xəstələr evdə qala bilər, lakin mütləq özünütəcrid etməli və karantin tədbirlərini gözləməlidirlər.
Bu beynəlxalq təcrübə klinikalarda yalnız kompleks dərman müalicəsi və xüsusi avadanlıqların tətbiqi tələb olunan ağır simptomlu xəstələri yerləşdirməklə xəstəxana resurslarından rasional istifadəyə imkan verir və Azərbaycanda da aktiv şəkildə istifadə olunur. pizza hut
Həkim Rasif Bağırov Yenisabah.az-a bildirib ki, əslində koronavirusa simptomsuz yoluxma deyilən bir hal yoxdur. Sadəcə bəzi insanlar, xüsusilə, cavan adamlar xəstəliyi yüngül keçirir. “Bizə müraciət edənlər var. Müayinə edəndə koronavirus infeksiyasının qalıqlarının şahidi oluruq. Araşdırma zamanı bəlli olur ki, bu şəxs bir müddət əvvəl infeksiyaya yoluxub. Sadəcə yüngül keçirdiyindən bunu bilməyib.
Bu cür şəxslərin evdə müalicəsinə gəlincə, bəli bu mümkündür. Dünya təcrübəsində də bu var. Xəstəxanalara daha ağır xəstələri yerləşdirmək lazımdır. Yüngül keçiriən şəxslər isə ev şəraitində müalicə olunmalıdır. Bunun üçün ilk növbədə xəstə özünü təcrid etməlidir.Bilirsiniz ki, koronavirusun təhlükəli olması onun sürətlə yayılmasıdır. Bu baxımdan, sosial məsafə, gigiyenik qaydalar, özünütəcrid vacibdir. Xəstələr bu qaydalara mütləq əməl etməlidir”, - deyə Rasif Bağırov bildirib.
Telegram kanalımız