Alimlər tərəfindən koronavirusdan sonra insanların üzləşə biləcəyi psixoloji problemlər araşdırılıb.
Yenisabah.az xəbər verir ki, bu haqda “The Lancet” jurnalında məqalə dərc olunub. Araşdırmaya görə, koronavirus xəstələri arasında aldıqları travmadan sonra stress pozğunluğu artıb.
Araşdırmaçılardan olan Conatan Rogers məsələ ilə bağlı açıqlama verərək bildirib ki,yaşlı xəstələrdə depressiya və narahatlıq müşahidə edilib. Mütəxəssis qeyd edib ki, delirium və yaddaş pozğunluğu yaşayan xəstələrin sayı daha da arta, həmçinin halusinasiya və daima narahat qalmaq kimi hallar ortaya çıxa bilər. pizza mizza
Bugünədək 3 min 500-dən çox koronaviruslu xəstə ilə işlədiklərini deyən Rogers daha dəqiq məlumat üçün sayın artırılmalı olduğunu vurğulayıb.
Telegram kanalımız