Koronavirusa görə bu dərmanların qıtlığı yarandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə bu dərmanların qıtlığı yarandı - Video

Sağlamlıq

19 İyun 2020 14:20 994


Koronavirusun müalicəsində effektli olduğu deyilən dərmanlara tələbat artıb.

Yenisabah.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Həkim Mətanət Cəfərova bildirib ki, bu dərmanlar daha çox parasetamol, vitamin D, vitamin C və eyni zamanda, virus əleyhinə təsir göstərən müəyyən qrup preparatlardır. pizza sifarişi

O qeyd edib ki, bu və digər dərmanlara tələbatın artması, insanların daha çox bu preparatları alması onların tükənməsinə səbəb olub. Bəli, hazırda əksər apteklərdə bu dərmanların qıtlığı müşahidə olunur. Hətta tapmaq belə mümkün deyil.

Əczaçı isə bildirib ki, “parasetamol” yoxdur, gəlmir, amma tələbat çoxdur: “Virus əleyhinə olan “arbidol” da çox alınır, ona da tələbat artıb. Bəlkə gün ərzində 20 adam bizdən “arbidol” soruşur. Çünki son vaxtlar onun qutusunun üzərində koronavirusun şəkili var idi. Camaat onu konkret koronavirus üçün bilir”.

Həkimlərin sözlərinə görə, koronavirusun simptomlarını hiss edən şəxslər əsasən parasetamoldan istifadə edirlər. Arbidol isə virusa qarşı mübarizdə effektli olduğu üçün insanlar daha çox onu axtarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!