Koronavirusa görə musiqi qadağası

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə musiqi qadağası

Dünya

18 İyul 2021 13:57 1286


Yunan Mülki Müdafiə Nazirliyi Mikonos adasında koronavirus sayının artmasından sonra bir sıra qadağalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, mağazalarda, kafe və çimərliklərdə musiqi çalınması qadağan edilib.

Yunanıstanda musiqi qadağasından sonra Mikonos bələdiyyə başçısı Konstantinos Koukas, “Turizm mövsümünün ortalarında belə bir qərar vermək haqsız və səhvdir. Mikonosdakı musiqinin susdurulması turistlərin digər adalara getməsinə səbəb olacaq" – deyə qərara etiraz edib. Sezar pizza

Qeyd edək ki, gecə 01:00-06:00 arasında komendant saatı tətbiq edən Yunanıstanda yalnız hər iki doza peyvəndi vurdurmuş şəxslərin qapalı məkanlarda yemək yeməsinə və gecə klublarına getməsinə icazə verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!