Koronavirusa qarşı peyvənd olunmuş daha bir adam virusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa qarşı peyvənd olunmuş daha bir adam virusdan öldü

Dünya

23 Avqust 2021 09:44 1057


Yunanıstanda koronavirus əleyhinə peyvənd olunmuş ikinci insan ölümü qeydə alınıb.

Yenisabah.az "ERT" İctimai Televiziyasına istinadla xəbər verir ki, 77 yaşlı kişi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

O, iyulun 30-da şöbəyə yerləşdirilib, avqustun 10-dan süni ağciyər ventilyasiyasında olub. pizza hut

Bu sayaq ilk ölüm avqustun 16-da Selanikdə qeydə alınıb.

Yunanıstanda hər gün 3 mindən çox insan koronavirusa yoluxur. Avqustun 22-nə olan məlumata görə, pandemiyanın başlanmasından bəri ölkədə təxminən 560 min insan COVID-ə yoluxub, 13.384 nəfər vəfat edib.

Son həftələrdə intubasiyada olan ağır xəstələrin sayı artmaqdadır.

Təxminən 11 milyon əhalisi olan ölkədə 11,15 milyon insan koronavirusa qarşı peyvənd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!