Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - FOTO

Sağlamlıq

06 Aprel 2020 11:40 1592


Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. 

O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb: pizza

"Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! 

Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlıların təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun, canım qardaşım!

Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!"/ BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!