Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Yenisabaha.az xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin özü məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakıda, evindədir: "Dörd gün xəstəxanada qaldım, müalicə olundum. İndi tam sağalmışam. Özümü yaxşı hiss edirəm". Dördpendirli pizza
V.Kərimov bir müddət əvvəl koronavirusa yoluxub. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu.
Telegram kanalımız