Koronavirusa yoluxan şəxslər bu xəstəxanalardadır   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan şəxslər bu xəstəxanalardadır - SİYAHI

Sağlamlıq

30 May 2020 13:40 867


Azərbaycanda hazırda 1806 koronavirus xəstəsi müalicə olunur. Bu xəstələrin hansı xəstəxalarda yerləşdirildiyi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, paytaxtda Tibb Universitetinin Terapevtik Klinikasında 87, Cərrahiyə Klinikasında 121, Mərkəzi Neftçilər Xəstəxanasında 85, 2 saylı şəhər Klinikasında 72, 7 saylı uşaq xəstəxanasında 81, Ağciyər xəstəlikləri İnstitutunun xüsusi bölməsində 5, Bakı Sağlamlıq Mərkəzində 52, Yeni Klinikada 70 nəfərə yaxın xəstə müalicə alır.

Masallı rayonunda 140, Qobustanda 53, Şəmkirdə 80, Goranboyda 126 nəfər və qalanları isə digər xəstəxanalarda müalicəsini davam etdirir". Pepperoni pizza

R.Bayramlı əlavə edib ki, xüsusi karantin rejimi üçün ilk olaraq 5 mindən artıq çarpayı ayrılıb:

"Modul tipli xəstəxanaların açılışından sonra 2 min çarpayının da istifadəyə verilməsi gözlənilir. Ümumilikdə 7 mindən artıq çarpayı fondumuz olacaq. Hazırda 1806 nəfərin müalicə olunduğunu nəzərə alaraq xəstəxanaların doluluq nisbətini və çarpayı fondumuzun vəziyyətini müəyyən etmək olar".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!