Koronavirusun meydana gəldiyi Vuhanda həkimlər vəziyyəti kritik olan xəstələrdən birinə iki tərəfli ağciyər transplantasiyası həyata keçiriblər.
Yenisabah.az xəbər verir ki, 65 yaşlı Cui An adlı şəxs fevral ayında xəstəxanaya aparılıb. Gün keçdikcə vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. 2 ay reanimasiyada qaldıqdan sonra aprel ayının əvvəllərində koronavirus testi neqativ çıxıb. Xəstəni reanimasiyadan çıxarmağa hazırlaşan həkimlər yaşlı adamın ağciyərlərinin ciddi xəsarət aldığını görüb. Nəticədə Vuhan Universiteti Xəstəxanasında 20 nəfərlik heyət 6 saat davam edən riskli əməliyyata giriblər. Əməliyyatdan sonra xəstənin vəziyyətində irəliləyiş qeydə alınıb, əl və ayaqlarını tərpənməyə başlayıb.
Çinin Milli Səhiyyə Komissiyası bu əməliyyatın koronavirusun müalicəsində sıradan bir üsul olmadığını vurğulayıb. Bildirilib ki, bu əməliyyat xəstənin əvvəlki vəziyyətinə qayıtması üçün tək seçim idi. pizza
Sayad Həsənli
Telegram kanalımız