Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb 

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb 

Sağlamlıq

21 Mart 2020 12:18 929


Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb. 

Bu sosial çarxlar “Yaşlıları koronavirusdan qoruyaq!”, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib. 

KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur. pizza sifarişi

Təbliğat və təşviqat materiallarını tam izləmək üçün linkə baxın: https://www.taxes.gov.az/az/page/koronavirusdan-nece-qorunmaliyiq

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!